Sərginin təşkilatçısı həbs edildi -Rus səfirinin öldürülməsinə görə

Sərginin təşkilatçısı həbs edildi  -Rus səfirinin öldürülməsinə görə
Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlova qarşı təşkil olunan sui-qəsdə görə, daha bir nəfər həbs olunub.

Siam.az xəbər verir ki, səfirin öldürüldüyü sərginin təşkilatçısı Mustafa Timur Özkan həbs edilərək məhkəməyə göndərilib.
Özkan qəsdən adam öldürmədə iştirakda ittiham olunur.



Qeyd edək ki, Rusiyaya aid fotoların da yer aldığı sərginin təşkilatçısı yanvarın 11-də də saxlanılmış, izahatı alındıqdan sonra sərbəst buraxılmışdı.
Tarix: 29-12-2017, 07:09
Xəbəri paylaş





Xəbər lenti