Ərəb nazirin İsrail açıqlaması ölkəni qarışdırdı

Ərəb nazirin İsrail açıqlaması ölkəni qarışdırdı
Livan Xarici İşlər naziri Cəbran Basilin İsraillə bağlı açıqlaması bu ölkədə ciddi qalmaqala səbəb olub.

Axar.az xəbər verir ki, Basilin “İsrail mövcud olmalıdır” fikri xüsusilə Livan parlamentində etirazlara yol açıb. Parlamentdə çıxış edən Basil onun müsahibəsinin təhrif edildiyini bildirib.

Qeyd edək ki, Cəbran Basil dekabrın 26-da Hizbullahın “Əl Mayadin” televiziyasına müsahibəsində ərəb dövlətlərinin vahid mövqeyi olmaması ucbatından ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıdığını söyləyib. O, həmçinin, İsrailin dövlət kimi mövcud olmaq haqqını tanıdığını bildirib.

Basil Livan Prezidenti Mişel Aunun kürəkənidir.
Tarix: 29-12-2017, 09:39
Xəbəri paylaş





Xəbər lenti