Moskvadan qayıdan kimi... - Krımın ilhaqının ŞOK DETALLARI

Moskvadan qayıdan kimi... - Krımın ilhaqının ŞOK DETALLARI
“2013-cü ildə - hələ Maydan hadisələrinə kimi Krım Muxtar Respublikasının rəhbərliyi yarımadanın Rusiya tərəfindən zəbt edilməsi üçün meydan hazırlayırdı”.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu “Hüququn gücü” hüquq-müdafiə təşkilatın sədri, siyasətçi və ictimai xadim Andrey Sençenko ölkənin sabiq prezidenti Viktor Yanukoviçlə bağlı keçirilən məhkəmədə deyib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Viktor Yanukoviçə də bu hazırlıqlar haqqında məlum idi.

Sençenko qeyd edib ki, 2013-cü il oktyabrın sonu - noyabrın əvvəlində Krım parlamentinin spikeri Vladimir Konstantinov Moskvaya növbəti səfərindən qayıdaraq Krım Ali Radasının katibliyinin hüquqi xidmətinin rəhbərindən 1954-cü il akta aid olan bütün sənədləri tələb edib.

“Mənim fikrimcə, bu, onun əlaməti idi ki, artıq Krımın zəbtinə hazırlıq işləri gedirdi”, - o vurğulayıb.

Siyasətçi qeyd etdi ki, Krım rəhbərliyinin hərəkətlərinə Kiyevin reaksiyasının olmaması Yanukoviçin Kremlin güclü təsiri altında olması ilə izah olunmalıdır.

Xatırladaq ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşovun təşəbbüsü ilə 1954-cü ildə Krım Ukrayna SSR-nin (19 fevral 1954-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə) tərkibinə verilib. Xruşov bu qərarı Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə vermişdi.

2014-cü ilin Maydan hadisələrinin gedişatında isə yarımada Rusiya tərəfindən ilhaq edilib. Moskva Krımın referendumun nəticəsi olaraq Rusiyaya birləşdirildiyini bildirir.

Ömər Dağlı
Tarix: 29-12-2017, 21:41
Xəbəri paylaş





Xəbər lenti