Türkiyə ABŞ-dan səsdən sürətli raket sistemi alır

Türkiyə ABŞ-dan səsdən sürətli raket sistemi alır
ABŞ-ın “Raytheon” silah ixracatçı şirkəti Türkiyə də daxil olmaqla 10 ölkəyə AMRAAM “Hava-hava” tipli raket sisteminin satılması ilə bağlı müqavilə imzalayıb.“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.
İnformasiyaya əsasən, həmin raketlər Türkiyə, Yaponiya, Cənubi Koreya, Mərakeş, Polşa, İndoneziya, Rumıniya, İspaniya, Bəhreyn və Qətərə satılacaq.
AMRAAM səsdən sürətli raket sistemidir və 1980-ci ilin sonunda ABŞ-da istehsal olunub.
Tarix: 29-12-2017, 22:26
Xəbəri paylaş





Xəbər lenti