“Rusiya gəmiləri Şimali Koreyaya neft və neft məhsulları daşıyır” – “Reuters”

“Rusiya gəmiləri Şimali Koreyaya neft və neft məhsulları daşıyır” – “Reuters”
Rusiya gəmiləri BMT-nin sanksiyalarına baxmayaraq, Şimali Koreyaya neft və neft məhsulları daşıyır. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, oktyabr və noyabr aylarında minimum 3 nəql həyata keçirilib. Mənbələrdən biri qeyd edib ki, oktyabrın 15-də Slavyanka limanından “Vityaz” adlı tanker 1,6 min ton neftlə yola düşüb. Gəmi Yapon dənizində balıqçılıq donanmasına istiqamətlənib. Lakin bir neçə gün müddətində gəminin hərəkətini izləməyə imkan verən transponder söndürülüb.
Mənbənin sözlərinə görə, bu müddətdə tankerdən yanacaq Şimali Koreyanın “Sam Ma 2” tankerinə boşaldılıb. “Vityaz” gəmisinin sahibi, “Alisa” şirkətinin direktor müavini Yaroslav Quk Şimali Koreyanın hər hansı gəmiləri ilə əlaqələri barədə məlumatları təkzib edib.
Tarix: 30-12-2017, 21:05
Xəbəri paylaş





Xəbər lenti