İran parlamenti təcili iclasa toplaşır

İran parlamenti təcili iclasa toplaşır
İran Məclisinin (parlamentinin) milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Kamal Dekhan Firuzabadi dünən məlumat verib ki, Məclis yanvarın 1-də ölkənin bir sıra şəhərlərində baş vermiş hadisələrlə bağlı təcili iclas keçirəcək.

“Rəsmi şəxslər bu cür hadisələrin qarşısını almaq üçün istifadə edilə biləcək üsulları müzakirə edəcəklər”, - virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, Firuzabadi İRNA agentliyinə belə bildirib.




Xatırladaq ki, ötən həftənin cümə axşamı günü İranda hökumət əleyhinə kütləvi çıxışlar başlayıb. Aksiyalarda əvvəlcə iqtisadi tələblər səslənib. Nümayişlər Tehran, Qum, Kirmanşah, Məşhəd, Həmədan və Rəşt şəhərlərində baş tutub. Buna paralel olaraq, bəzi yerlərdə hökumət tərəfdarlarının da aksiyaları keçirilib.

Dünən aksiyalarda polislə toqquşmalarda iki nəfər həlak olub. Bu məlumat rəsmi Tehran tərəfindən təsdiqlənib. Hadisə Lurestan vilayətinin Dorud şəhərində qeydə alınıb. Bundan əlavə, aksiya iştirakçılarının bələdiyyə binalarına və banklara hücum etdiyi barədə xəbərlər daxil olur.

Dünya xəbər agentlikləri Tehran tərəfindən aksiyaların işıqlandırılmaması üzündən gələn məlumatların doğruluğunun bəzən şübhə yaratmasını da vurğulayırlar.

Əlavə edək ki, ötən gecə Vaşinqton rəsmi şəkildə İrandakı aksiyaları dəstəklədiyini bildirib. İran prezidenti Həsən Ruhani də dinc aksiyaların keçirilməsinin ölkə vətəndaşlarının konstitusion haqları olduğunu deyib.

İran parlamenti təcili iclasa toplaşır

* * *10:19

Ağ Ev rəsmi olaraq İranda etiraz edən insanları dəstəkləyib.

RİA “Novosti” xəbər verir ki, bunun bağlı Ağ Evin rəsmi nümayəndəsi söyləyib: "Biz İran xalqının öz mövqeyini dinc şəkildə ifadə etməsini dəstəkləyirik. Bu səs eşidilməlidir. Biz bütün tərəfləri dinc şəkildə fikir ifadə etmək fundamental hüququnu müdafiə etməyə və senzuraya yardımçı olacaq bütün addımlardan daşınmağa çağırırıq”.

Bir müddət əvvəl etirazçılara öz dəstəyini ABŞ prezidenti Donald Trapm ifadə edib. O, ölkədə etirazların baş verdiyi zaman “internetin kəsilməsini” qınayıb.

Ötən həftə İranın Məşhəd şəhırində 200 nəfərin iştirakı ilə kütləvi etiraz aksiyası keçirilib. Hökümətə qarşı şuarlar səsləndirən etirazçılar iqtisadi tələbləri irəli sürüb. Polis əməkdaşları icazəsiz mitinqlərdə iştirak və dövlət mülkiyyətinə zərər yetirilmə ittihamları ilə 52 nəfəri həbs edib.
Tarix: 1-01-2018, 11:12
Xəbəri paylaş





Xəbər lenti