Qərb mətbuatı:"İran ali lideri Xamenei Tehranı tərk edib, general Qasım Süleymani təcili İrana qayıdıb”

Qərb mətbuatı:"İran ali lideri Xamenei Tehranı tərk edib, general Qasım Süleymani təcili İrana qayıdıb” İrandan həyəcanlı xəbərlər gəlməkdədir.

Strateq.az xarici nəşrə istinadən xəbər verir ki, ölkənin şimali-qərbindəki Xurəmdareh, Sənəndəc və Kirmanşah şəhərlərində iğtişaşlar davam edir. İran daxili işlər nazirinin nümayişçilərə qarşı sərt tədbirlər görüləcəyi haqda xəbərdarlığı təsir doğurmayıb. Nümayişlər nəinki bütün şəhərləri bürüyür, getdikcə daha radikal tələblər irəli sürülür. Tehranda tələbələr “Rədd olsun dini rəhbərlik!” şüarı səsləndiriblər.

Qərb KİV-lərinin yazdığına görə, ordu nümayişçilərə atəş açmaqdan imtina edib, tanınmış general Qasım Süleymani təcili İrana qayıdıb və guya ali dini lider Əli Xamanei Tehranı tərk edib.

Kənar müşahidəçilərin fikrincə, İranda hadisələr bu cür sürətlə temp qazanarsa, real daxili savaş qaçılmaz olacaq.
Tarix: 2-01-2018, 08:09
Xəbəri paylaş





Xəbər lenti