Spirtli içki qadağasına etiraz edənlər ada düzəldərək Yeni ili qarşılayıb

Spirtli içki qadağasına etiraz edənlər ada düzəldərək Yeni ili qarşılayıb
Yeni ildə Yeni Zelandiya sahillərində içki içməyin qadağan edilməsinə bir neçə nəfər yaradıcı yaxınlaşıb. Koromandel yarımadasının Tairua qəsəbəsində yaşayanlar sahildən daşıdıqları qumla dənizin ortasında bir ada düzəldib.

Adaya bir piknik masası və içkilər üçün buz dolu bir vedrə yerləşdirməyi bacaran qrup, Yeni ilə burada içərək girib.

Spirtli içki qadağasına etiraz edənlər ada düzəldərək Yeni ili qarşılayıb

"Bu çox yaradıcı bir ideyadır - əvvəldən bilsəydim, yəqin ki, mən də onlara qoşulardım", - yerli polis rəisi Con Kelli deyib.

Koromandel yarımadasında Yeni il bayramı zamanı ictimai yerlərdə içki içməyə görə 250 Yeni Zelandiya dolları cərimə nəzərdə tutulub.

Stuff.co.nz saytı yazır ki, ada hələ də yerindədir.
Tarix: 2-01-2018, 08:31
Xəbəri paylaş





Xəbər lenti