Pensdən İran açıqlaması: Biabırçı səhvlərimizi…

Pensdən İran açıqlaması: Biabırçı səhvlərimizi…
ABŞ-ın mövcud rəhbərliyi İrandakı etiraz hərəkatını görməzdən gələrək, sələflərinin səhvlərini təkrarlamayacaq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

“Prezident və mən digərlərinin etdiyi kimi, İran xalqının qəddar rejimə qarşı qəhrəmanlıq mübarizəsini görməzdən gələrək keçmişin biabırçı səhvlərini təkrar etməyəcəyik. İran xalqının artan müqaviməti azadlıq və tiranlığa qarşı mübarizə aparan hər kəsə ümid və inam verir”, - Pens bildirib.

Qeyd edək ki, dekabrın 28-dən İranın iri şəhərlərində etiraz aksiyaları keçirilir.
Tarix: 2-01-2018, 10:38
Xəbəri paylaş





Xəbər lenti