Türkiyədə 9 yaşlı qızların ərə verilməsinə dair qalmaqal

Türkiyədə 9 yaşlı qızların ərə verilməsinə dair qalmaqal
Türkiyənin əsas müxalifət partiyası, Cumhuriyyət Xalq partiyası (CHP), Parlamenti erkən evliliklər barədə təhqiqat başlamağa çağırıb.

Çağırış, ölkənin dini qurumunun İslam qanunlarına görə 9 yaşında qızların ailə qura bilməsinə dair bəyanatına görə edilib.

Türkiyə sosial mediasında qadın haqları qrupları bu fikirləri qəti pisləyib.


Bundan sonra açıqlama verən Dinayət İşləri Müdirliyi bildirib ki, qurum yalnız İslam qanunlarını izah edib və heç vaxt erkən nikahların tərəfdarı olmayıb.

Türkiyədə ən erkən evlilik yaşı valideynlərin icazəsi ilə 17-dir və bəzi istisnalarda, məhkəmə qərarı ilə bu yaş 16 ola bilər.

Mübahisə necə yarandı?
Mübahisənin yaranmasına, Diyanət İşləri Müdirliyinin saytındakı Dini Terminlər Lüğətində “İslam hüquqşünaslarına görə, həddi-buluğ dövrünün aşağı sərhədi oğlanlar üçün 12, qızlar üçün 9 yaş olaraq müəyyənləşdirilmişdir” ifadələri səbəb olub.

Bəzi qadın və uşaq hüquqları təşkilatları bu ifadələrin “uşaq istismarı” mənasını daşıdığını deyərək tənqid edib.

Müdirliyin eyni lüğətində “Nikah”, həddi-buluğa çatmış şəxslərin ailə qurması kimi müəyyənləşdirilib.
Türkiyədə 9 yaşlı qızların ərə verilməsinə dair qalmaqal
lüğət
Lüğətdə nikah maddəsində bu ifadələr yer alır: “Həddi-buluğ çağına çatmış qadının himayəçisi olmadan özünün evlənməsi mümkün olmaqla birlikdə, qəyyumun də olması caizdir”
Bu iki izah bəzi qəzetlər və siyasətçilər tərəfindən Müdirliyin erkən evliliklərə dəstək verməsi kimi izah edilib.


Bundan sonra Müdirlik açıqlama verib. “Bugün bəzi media orqanlarından yer alan Diyanət İşləri Müdirliyinin qız uşaqlarının erkən yaşda ailə qurmaları yöndə bəyanat verməsinə dair xəbərlər əsassızdır və qətiyyən gercəyi yansıtmır.

Qız uşaqlarını ana olmaq və ailə qurmaq məsuliyyətinə malik olmadan, psixoloji və bioloji yetkinliyə çatmadan ərə getmək, nikahda istək və iradə azadlığını şərt qoşan İslam dini ilə uyğun gəlməz.

Belə ki, Rəhbərliyimiz, tarixi boyunca erkən yaşda ailələrə əsla razılıq verməyib, verməyəcək.”

Reaksiyalar
Yaranmış vəziyyət beynəlxalq və yerli diqqəti Türkiyədə din və erkən evlilik məsələrinə yönəldib.
Türkiyədə 9 yaşlı qızların ərə verilməsinə dair qalmaqal
Geert Wilders,Fotonun müəllifiAFP
Geert Wilders bütün Qərb ölkələrini Türkiyə səfirlərini geri göndərməyə çağırıb.
Hollandiyada ifrat sağçı Azadlıq Partiyasının lideri Geert Wilders, erkən evliliklə bağlı mübahisəli fikirləri “barbarlıq” adlandırıb və bütün Qərb ölkələrini Türkiyə səfirlərini geri göndərməyə çağırıb.


Eyni partiyadan olan deputat Machiel de Graaf isə Hollandiyanın ölkədəki məscidləri bağlamasını və Türkiyə ilə əlaqələrin kəsilməsini dəstəklədiyi deyib.

CHP-li deputat T “Diyanət uşaq istismarçılarını ağladı” deyə yazıb.

“2017-ci ildə 387 uşaq istismara uğrayıb, ölkəmiz uşaq istismarı sahəsində dünyada 3-cü sırada ikən Diyanətin etdiyi rəzil bəyanata baxın: “QIZLAR 9, OĞLANLAR 12 YAŞINDA EVLƏNƏ BİLƏRLƏR”. Dinimizi və uşaqlarımızı bu beyinlərdən qorumalıyıq.”

Başqa bir deputat Zeynep Altıok isə belə yazıb:

“Din-in açıqlaması müəmmalıdır… Dünyəvi, Demokratik Cümhuriyyətin bir qurumu olaraq “uşaq gəlinlərə” qarşı çıxırsınızsa, “18 yaşdan aşağı uşaqların evlənməsi caiz deyil” deyə açıqlama verin və cəmiyyəti cinayətə/pedofilliyə təşviq edən bütün açıqlamaları saytınızdan qaldırın!”

Hazırda Twitter-in Türkiyədəki istifadəçiləri arasında #DiyanetKapatılsın həşteqi trenddir. Tənqidçilərə cavab olaraq, #DiyanetVarolsun həşteqi də yaradılıb.
Tarix: 3-01-2018, 20:17
Xəbəri paylaş





Xəbər lenti