Fransada qasırğa:1 nəfər ölüb, 15-i xəsarət alıb

Fransada qasırğa:1 nəfər ölüb, 15-i xəsarət alıb
Fransada baş verən güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 15-i xəsarət alıb
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Yuxarı Savoy departamentində xizəkçinin üzərinə ağac düşüb, onun həyatını xilas etmək mümkün olmayıb.
“Eleanor” adlı qasırğa nəticəsində xəsarət alanların sayı 15-ə çatıb, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Güclü külək 200 min evi işıqsız qoyub. .
Tarix: 3-01-2018, 23:49
Xəbəri paylaş





Xəbər lenti