ABŞ müharibə iddialarını dəyərləndirdi

ABŞ müharibə iddialarını dəyərləndirdi
Son günlər Pxenyan və Vaşinqton arasında gərginlik ən pik həddə çatıb

Pentaqon, ABŞ-ın Şimali Koreyaya qarşı müharibəyə başlayacağı barədə mətbuatda yayılan iddialara cavab verib. Sputnik Türkiyə xəbər verir ki, Müdafiə Nazirliyi bunun yalan olduğunu bəyan edib.

“Fox News” telekanalı 2 gün öncəki xəbər buraxılışında, qarşıdakı aylarda Amerikanın KXDR-ə qarşı hərbi əməliyyata başlayacağını irəli sürmüşdü.

"Əgər Şimali Koreya Vaşinqtonun şərtlərini yerinə yetirməsə, nüvə proqramından imtina etməsə, qarşıdakı aylarda hərbi əməliyyat başlanacaq" – telekanal xəbər yaymışdı.

Qeyd edək ki, son günlər Pxenyan və Vaşinqton arasında gərginlik ən pik həddə çatıb. Hər iki ölkə bir-birlərini qarşılıqlı olaraq nüvə müharibəsi ilə hədələyir.


Tarix: 5-01-2018, 08:17
Xəbəri paylaş





Xəbər lenti