Çində 13 nəfər donaraq öldü

Çində 13 nəfər donaraq öldü
Çində yağan intensiv qar ölkədə həyatı iflic edib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Verilən məlumata görə, bu ilin yanvar ayının 3-dən 5-nə qədər intensiv qar və dolu yağıb.

Nəticədə 200 ev qarın altında qalıb. Bir çox ərazilərdə elektrik enerjisi kəsilib. Havaların şaxtalı olması səbəbindən 13 nəfər ölüb, 400-ə yaxın insan zərər görüb.
Bir çox xəstəxanalarda gücləndirilmiş iş rejiminə keçiblər. Havaların sərt keçməsi ölkə iqtisadiyyatına külli miqdarda zərər vurub.
Tarix: 6-01-2018, 07:56
Xəbəri paylaş





Xəbər lenti