Türkiyə donanması Yunanıstana qarşı HƏRƏKƏTƏ KEÇDİ - Egeydə GƏRGİN SAATLAR

Türkiyə donanması Yunanıstana qarşı HƏRƏKƏTƏ KEÇDİ - Egeydə GƏRGİN SAATLAR
Yunanıstanın Baş naziri Alekssis Çiprasın Kilimli adasına səfər edəcəyi barədə xəbərin yayılmasınmdan dərhal sonra Türkiyə hərbi donanması hərəkətə gətirilib. Baş nazirin mübahisəli Kardak qayalıqlarına da səfər edəcəyi gözlənilir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bir döyüş gəmisi, bir hücum gəmisi və üç sahil mühafizəsi gəmisi Kardak qayalıqlarının ətrafına yerləşdirilib.


Məlumata görə, Kardak qayalıqları ətrafında patrul keşiyi çəkən Türkiyə Sahil Təhlükəsizlik qruplarına yunan əsgərlər tərəfindən radio əlaqə ilə xəbərdarlıq edilib. Yunan əsgərlərin “Türkiyə Sahil Təhlükəsizlik Komandası hazırda Yunanıstanın ərazi sularındasınız, buranı tərk edin!” xəbərdarlığına “Bura Türkiyə ərazi sularıdır” şəklində cavab verilib.

Qeyd edək ki, Bodrumdan 3 dəniz mili (bir dəniz mili 1,85 kilometrdir – red.) uzaqlıqda yerləşən və aqibəti hələ məlum olmayan Kardak qayalıqları 22 ildir türk və yunan əsgərləri tərəfindən qorunur.

Türkiyə donanması Yunanıstana qarşı HƏRƏKƏTƏ KEÇDİ - Egeydə GƏRGİN SAATLAR

Xatırladaq ki, tarixə Kardak böhranı kimi düşən hadisə 1996-cı yanvar ayında baş verib. “Figen Akat” adlı türk gəmisi 1995-ci il dekabrın 25-də Egey dənizində Kardak qayalıqlarındakı quru əraziyə çıxıb. Bu hadisədən sonra Yunanıstan dəniz qəzasının ona məxsus su sərhədlərində baş verdiyini iddia edib. Türkiyə isə həmin ərazinin özünə məxsus olduğunu bildirib.

Yunanıstan ordusu bir müddət sonra şərqdəki kiçik adaya əsgər göndərərək bayraq sancıb. Türkiyənin keçmiş baş naziri Tansu Çillər “O bayraq enəcək, o əsgər gedəcək” deyərək ölkə ordusunun müharibəyə hazır olduğunu bildirib və yanvarın 30-da adaya əsgər göndərilməsini istəyib. Türk SAT və SAS komandaları Şərqi Kardağı mühasirəyə alan yunan donanmasının arasından keçərək yaxınlıqdakı ikinci adaya (Qərbi Kardak) gecə əməliyyatı keçirməklə türk bayrağını sancıb. Daha sonra ABŞ və NATO-nun işə müdaxiləsi ilə gərginlik azaldılıb və böhrandan əvvəlki vəziyyət bərpa edilib.

2013-cü ilin yanvar ayında Yunanıstanın “Qızıl Şəfəq” Partiyasından olan millət vəkili İlias Panayotaros parlamentdə çıxışı zamanı hökumətdən Kardakda yunan bayrağını yüksəltməyi tələb edib. Millət vəkili bildirib ki, əks halda bunu özləri edəcəklər. Partiyanın lideri Nikolas Mixaliolakos isə türk komandoların qayalara çıxaraq türk bayrağı sancdığı 30 yanvar tarixini Yunanıstan üçün “utanc gecəsi” adlandırıb.

Kardak qayalıqları ətrafında vəziyyət ötən ilin əvvəlində də gərginləşib. Yunanıstan müdafiə naziri Panos Kammenos bəzi hərbi səlahiyyətlilərlə 21 il əvvəl ölən 3 yunan əsgərinin xatirəsinə Kardak qayalıqlarına vertolyotdan çələng atıb.

Eyni saatlarda Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 qırıcıları Kardak qayalıqları üzərində uçub.

Türk qırıcıları qayalıqlar üzərində alçaq uçuşlar etdikdən sonra Yunanıstan müdafiə nazirinin müavini George Papadakisin təlimatı ilə yunan xüsusi təyinatlı birliyindəki paraşütçülər təyyarədən tullanaraq güc nümayişi edib. Paraşütçülər Kardak qayalıqlarından təxminən iki mil uzaqlıqdakı Psemiros ilə İstanköy adaları arasındakı bölgədə tullanıb.
Tarix: 7-01-2018, 22:45
Xəbəri paylaş





Xəbər lenti