Prezidentlərin kritik söhbətinin PƏRDƏARXASI: Ağ Evin yalanı çıxdı

Türkiyə və Amerika prezidentləri arasında krtirik telefon danışığının pərdəarxası məlum olub.

Cebhe.info xəbər verir ki, Türkiyə diplomatik mənbələri iki dövlət başçısı arasındakı telefon danışığının təfərratlarını açıqlayıb. Bildirilib ki, ABŞ tərəfinin yazılı açıqlaması söhbətin məzmununu tam olaraq ortaya qoymur.

Xatırladaq ki, telefon söhbətində Ərdoğan Amerikanın terror təşkilatına silah göndərməsini dayandırmağın vacibliyini vurğulayıb. ABŞ tərəfi telefon danışığı ilə bağlı rəsmi açıqlama yaysa da, Türkiyənin diplomatik mənbələri bu açıqlamanın həqiqəti tam ifadə etmədiyini bildirib. Belə ki, Ağ Evin açıqlamasında “Trampın Afrinlə bağlı artan şiddətdən narahatlığını Türkiyə prezidentinin diqqətinə çatdırdığı” vurğulansa da, Türkiyə tərəfi telefon danışığı zamanı bu ifadələrin işlədilmədiyini bildirib.

Xəzər
Tarix: 25-01-2018, 14:36
Xəbəri paylaş





Xəbər lenti