Tramp Qüdsdə ABŞ səfirliyinin “kiçik variantı”nın açılacağını bildirib

Tramp Qüdsdə ABŞ səfirliyinin “kiçik variantı”nın açılacağını bildirib
ABŞ prezidenti Donald Tramp 2019-cu ildə Qüdsdə ABŞ səfirliyinin “kiçik variantı”nın açılacağını bildirib.



“Gələn il Qüdsdə ABŞ səfirliyinin “kiçik versiyası”nın açılacağını gözləyirik”, - deyə D.Tramp Davosda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı bildirilib. B.Netanyahu səfirliyin köçürülməsinə görə Trampa təşəkkürünü bildirib: “Bu əbədi xalqımızın qəlbində qalacaq tarixi bir qərardır”.



Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib.
Tarix: 26-01-2018, 07:59
Xəbəri paylaş





Xəbər lenti