ABŞ-dan Rusiyaya yeni sanksiyalar - 12 şəxs və 9 şirkət


ABŞ Ukraynanın ətrafında yaranmış vəziyyətə görə Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Publika.az xəbər verir ki, xüsusi olaraq bəzi simalar və müəssisələr sanksiyalara məruz qalıb. Siyahıya "Surqut neft qaz"la bağlı 12 şirkət daxil edilib.

Siyahıda 21 Rusiya rəsmisinin adı yer alır. Bunlardan biri Rusiyanın energetika nazirinin müavini Andrey Çerezovdur. Təşkilatlara ciddi şəkildə məhdudiyyətlər qoyulub.

Yanvarın 11-də ABŞ Maliyyə Nazirliyinin başçısı Stiven Mnuçin çıxışında, rəsmi Vaşinqtonun yaxın vaxtlarda Rusiya vətəndaşlarına qarşı yeni sanksiyaları daxil edəcəyi haqqında bəyanat vermişdi. O bildirib ki, siyahıya Rusiyanın rəhbər nümayəndələri, yüksək vəzifəli məmurlar və biznesmenlər daxil ediləcək.

Xatırladaq ki, 2017-ci ilin oktyabrda ABŞ Rusiyanın 33 şirkətindən ibarət siyahı dərc edərək, onlara qarşıda müəyyən sanksiyaların tətbiq edilə biləcəyi barədə xəbərdarlıq etmişdi. 2018-ci il üçün tətbiq ediləcək yeni sanksiyaların isə fevral ayında elan ediləcəyi gözlənilir.
Tarix: 26-01-2018, 21:17
Xəbəri paylaş





Xəbər lenti