Rusiyadan 1 trln. dollar çıxarılıb

Rusiyadan 1 trln. dollar çıxarılıb
Son 30 ildə Rusiya iqtisadiyyatından axın 1 trln. dollar təşkil edib. Bunu Moskvada keçirilən World Blockchain and Cryptocurrency Summit çərçivəsində Rusiya prezideentinin müşaviri Sergey Qlazyev deyib.
“Rusiya dünyanın ən varlı ölkəsidir. Son 30 ildə dünya maliyyə sisteminə Rusiyadan axıb gedən 1 trln. dollar hədiyyə etmişik. O pulların harda olduğun dəqiq bilmirik. Ancaq bilirik ki, təxminən yarım trilyon dollar ofşorlarla Rusiya iqtisadiyyatı arasında fırlanır. Dövriyyə illik təxminən bir neçə yüz milyard dollar təşkil edir. Trilyonun qalan yarısı isə naməlum istiqamətdə yoxa çıxıb. Belə çıxır ki, ölkədən nə dəqər çox pul gedirsə, burda qalanların vergi yükü bir o qədər artır. Bu, ədalətsizlikdir”, – deyə o qeyd edib.
Tarix: 29-01-2018, 22:30
Xəbəri paylaş





Xəbər lenti