Qədim Misirin 4 min illik tarixi sirri açıldı — Alimlərdən yeni kəşf


Alimlər Mançester universitetindəki 4 min illik "İki Qardaş" mumyalarının sirrini tapıblar.
"Ölkə.Az" xəbər verir ki, İngiltərədə gündəmdə olan xəbər arxeologiya dünyasında böyük çaşqınlığa səbəb olub.

Sözügedən mumya 1907-ci ildə Böyük Britaniyanın ilk qadın misirşünası doktor Marqaret Murrey tərəfindən kəşf edilib. Mumya qardaşlar ilə bağlı həqiqətlər isə 4 min il sonradan üzə çıxıb.
Xnum-naxt və Naxt-anx adlı iki qardaşın eramızdan əvvəl 1800-cü illərdə dünyaya gəldiyi ehtimal edilirdi. Misirin paytaxtı Qahirənin 400 km cənubundakı Deyr Rifeh qəsəbəsində yaşayıblar. 4 min il əvvəl Qədim Misirin elit şəhərciyində yaşayan iki qardaşın dişindən alınan DNK nümunələrindən sonra önəmli bir sirr üzə çıxıb.

Məlum olub ki, Xnum-naxt və Naxt-anx doğma qardaş olmayıblar. İki qardaşdan alınan diş nümunələri eyni anadan dünyaya gəldiklərini amma atalarının fərqli insanlar olduğunu üzə çıxarıb.

Hikmət Həsənov Qədim Misirin 4 min illik tarixi sirri açıldı — Alimlərdən yeni kəşf
Tarix: 30-01-2018, 11:14
Xəbəri paylaş





Xəbər lenti