BMT: Qəzza fəlakətin bir addımlığındadır

BMT: Qəzza fəlakətin bir addımlığındadır Qəzza zolağı iqtisadiyyat və sosial sahənin tam iflası astanasındadır.

Trend-in məlumatına görə, bu barədə Yaxın Şərq sülh prosesi üzrə BMT-nin xüsusi əlaqələndiricisi Nikolay Mladenov deyib.

Onun sözlərinə görə, bu məsələ donorların yanvarın 31-də Belçikada keçiriləcək görüşündə asas mövzulardan olacaq.

Mladenov vurğulayıb ki, İki milyon əhalisi olan bölgənin problemlərinin həlli yalnız Qəzza zolağının Fələstin Milli Administrasiyasının (FMA) idarəçiliyi altına qayıtmasından sonra mümkün olacaq.

Xatırladaq ki, hazırda Qəzza zolağı HƏMAS hərəkəti tərəfindən idarə olunur. 2007-ci ildən etibarən FMA yalnız İordan çayının Qərb sahilinə nəzarət edir.
Tarix: 30-01-2018, 23:19
Xəbəri paylaş





Xəbər lenti