Ukrayna qanadlı raket istehsal etdi - Sınaq/Video


Ukrayna özünün istehsal etdiyi yerüstü qanadlı raketi sınaqdan keçirib.

Teleqraf.com-un Rusiy KİV-ə istinadən xəbərinə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

Onun sözlərinə görə, raket yerüstü və dənizdəki hədəfləri dəqiq vurmaq imkanına malikdir. Raket "Luç" dövlət müəssisəsinin konstruktorları ilə digər dövlət və özəl şirkətlərin birgə işi sayəsində ərsəyə gəlib. Ukrayna hazırda hava və dənizdə yerləşdiriləcək yeni qanadlı raketlərin hazırlanması məsələsi ilə məşğuldur.
Tarix: 31-01-2018, 08:46
Xəbəri paylaş





Xəbər lenti