Suriyada qəsəbə bombardman edilib

Suriyada qəsəbə bombardman edilib Suriyanın Hələb şəhərinin Tel Hadiya qəsəbəsi Bəşər Əsəd rejiminə məxsus hərbi hava qüvvələri tərəfindən hücuma məruz qalıb. Bu barədə "İhlas" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bombardmanlar nəticəsində 10 nəfər həlak olub. Hücum nəticəsində habelə çoxlu sayda insan yaralanıb. Yaralılar xəstəxanalara aparılıb.

Bombardmanlar zamanı çoxlu sayda avtomobilə də zərər dəyib.
Tarix: 3-02-2018, 07:46
Xəbəri paylaş





Xəbər lenti