İraq Ərəbistan sərhədinə ordu yeritdi – Əməliyyat başladı

İraq ordusu Səudiyyə
Ərəbistanı ilə sərhəddəki səhranın İŞİD-dən təmizlənməsi əməliyyatlarına başlayıb.

Axar.az xəbər verir ki, bunu “Əl Sumariya” televiziyasına açıqlamasında İran ordusunun Ənbar vilayətindəki qüvvələrinin rəhbəri general-mayor Mahmud Falyaxi söyləyib. Onun sözlərinə görə, əməliyyata ordu ilə bərabər, polis və İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiya da qoşulub.

Qeyd edək ki, İraq ordusu Suriya ilə sərhəddə yerləşən Ənbar vilayətini İŞİD-dən keçən ilin dekabrında təmizləyib.
Tarix: 3-02-2018, 13:58
Xəbəri paylaş





Xəbər lenti