Sarkisyanın varisinin masonlarla əlaqəsi var?

Sarkisyanın varisinin masonlarla əlaqəsi var?
Ermənistanın Respublikaçılar Partiyasının prezidentliyə namizədi Armen Sarkisyanın masonlarla əlaqələri mövcuddur.

Bu barədə Ermənistanın hakim partiyasının şura üzvü Vazgen Qaraxanyan “Hraparak” qəzetinə müsahibəsində deyib.

O, üzün müddət Londonda yaşayan, hazırda səfir postunu tutan Armen Sarkisyanın masonlarla əlaqə saxladığını istisna etməyib. Qaraxanyanın açıqlaması Respublikaçılar arasında ciddi fikirayrılığının olduğundan xəbər verir. Sarkisyanın varisi olan Armeni öz partiyadaşlarının çoxu prezident kimi görmək istəmir.

Erməni jurnalistlər A.Sarkisyanın masonlarla əlaqələrinə dair parlamentin sədr müavini Eduard Şarmazanovdan münasibət öyrəniblər. O, jurnalistləri partiyada vəziyyətin normal olduğuna inandırmağa çalışıb.

“Partiyada qollar olmayıb və ola da bilməz. Qaraxanyan bizim böyük dostumuz, partiyanın formalaşmasında əməyi olan şəxsdir. Prezidentliyə namizədin müzakirəsi zamanı bütün göstəricilər nəzərdən keçirilib. Bu göstəricilərə masonluq daxil deyil. Namizəd olan şəxs bizim bütün tələblərimizə cavab verir”.

Şarmazanov "Armen Sarkisyanın mason olduğunu istisna edirsiz" sualına belə cavab verib: “Mən kiməm ki, istisna edim və ya etməyim. Mən namizədlə bağlı fikrimi müzakirələr zamanı ifadə etmişəm. Mənim masonluq barədə məlumatım yoxdur”.
Tarix: 3-02-2018, 21:42
Xəbəri paylaş





Xəbər lenti