Nüvə müharibəsinə hazırlıq: Şərtlər açıqlandı - Moskvaya BÖYÜK TƏHDİD

Nüvə müharibəsinə hazırlıq: Şərtlər açıqlandı - Moskvaya BÖYÜK TƏHDİD ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yeni “Nüvə Vəziyyətinin Araşdırılması” sənədini yayımlayıb. Sənəd ictimaiyyətə Pentaqonun məsləhətçisi Patrik Şanaxan tərəfindən təqdim edilib.

Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir ki, Patrik Şanaxan ABŞ-ın nüvə silahlarının və arsenala nəzarət edən komandanın tərkibinin, nəzarət sistemlərinin modernizasiya edilməsinə ehtiyacın olduğunu bildirib.

Pentaqon nümayəndəsi qeyd edib ki, ABŞ-ın dənizlərdəki nüvə başlıqları ilə təchiz edilmiş ballistik raketlərinin sayını azaldıb, ABŞ-ın “soyuq müharibə” dönəmində istifadə etdiyi sualtı nüvə - raket sistemlərini modernizasiya edib istifadəyə vermək lazımdır. Patrik Şanaxanın sözlərinə görə, ABŞ-ın öz nüvə arsenalını modernizasiya etməsi beynəlxalq anlaşmaları pozmaq cəhdi deyil: “Biz bununla beynəlxalq anlaşmaları pozmuruq və dünya üçün heç bir təhdid mühiti yaratmırıq. ABŞ məcburiyyət qarşısında qalmadıqca, nüvə silahlarından istifadə etməyəcək”.



Generaldan “soyuq müharibə” xəbərdarlığı

Sənəddə ABŞ-ın müdafiə naziri, general Ceyms Məttsin nüvə silahları ilə bağlı açıqlamasına da yer verilib. O, açıqlamasında ölkəsinin Silahlı Qüvvələrində olan nüvə silahlarının modernizasiyasına başlanıldığını bildirib. Rusiyanın vaxtilə ABŞ-la birlikdə nüvə silahlarını azaltdığını xatırladan Pentaqon başçısı qeyd edib ki, lakin Moskva sonradan beynəlxalq anlaşmaların şərtlərini pozaraq nüvə silahlarının sayını artırmaqla yanaşı, “soyuq müharibə” dönəmindən sonra imtina etdiyi köhnə silahları da yeniləməyə başlayıb.

“Rusiya dünyanı təhdid altında saxlaya biləcək qədər nüvə silahları hazırlayıb. Bu, vəziyyəti bir qədər də gərginləşdirir. Rusiyanın Krımı ilhaq etməsi və bundan sonra digər dövlətləri təhdid etməsi də göstərir ki, Moskva böyük yarışa girib”, - deyə general vurğulayıb.



ABŞ nüvə silahlarından hansı halda istifadə edəcək?

Sənəddə ABŞ-ın nüvə arsenalının “Nüvə və qeyri-nüvə silahlarından istifadədən yayındırmaq”, “Müttəfiqlərdə inamı artırmaq”, “Beynəlxalq nüvə anlaşmalarının şərtləri pozulacağı halda ABŞ-ın öz hədəflərinə çatması” və “Qeyri-müəyyən gələcəyi qarantiyaya almaq” prinsipləri üzərində modernizasiya edildiyi diqqətə çatdırılır. Qeyd edilir ki, yenilənən nüvə silahları qrupuna quru və su hövzələrindən nüvə başlıqları atmaq gücündə olan 14 ədəd “Ohio” tipli sualtı sistem, 400 ədəd “Minuteman III” – qitələrarası ballistik raket, nüvə başlıqları yerləşdirilmək gücündə olan 46 ədəd “B-52” və 20 ədəd “B-1” bombardmançı təyyarələr və havadan nüvə başlığı atmaq gücündə olan “F-15” qırıcıları daxildir.

“Ohio”ların yeni nəsil “Columbia” sistemləri ilə əvəz ediləcəyinin bildirildiyi sənəddə Pentaqonun stasionar nüvə silahlarını “Quruda Stasionar, Strateji Silahlardan İstifadəni Yayındırmaq” layihəsi çərçivəsində modernizasiya edəcəyi vurğulanır. Sənəddə yeni nəsil “B-21 Raider” tipli nüvə başlıqları bərkidilmiş bombardmançı təyyarələrin 2020-ci ilin ortalarınadək arsenala daxil ediləcəyi bildirilir. “F-35”-lərə nüvə vəzifəsi ABŞ-ın mövcud havadan bomba atan sistemlərinin yeni “Stand-Off” sistemləri ilə əvəz ediləcəyinin diqqətə çatdırıldığı sənəddə qeyd edilir ki, bu sistemlər bombardmançı təyyarələrə dəstək məqsədi daşıyır. Plan çərçivəsində ilk dəfə olaraq “F-35” qırıcıları da modernizasiya edildikdən sonra nüvə arsenalına daxil ediləcək. Bundan əvvəl “F-15” təyyarələri ilə daşınan “B-61” bombaları “F-35”lərə yerləşdiriləcək.

Mənsur Rəğbətoğlu
Tarix: 3-02-2018, 23:59
Xəbəri paylaş





Xəbər lenti