Məmur və oliqarxlardan sonra: Rusiyanın hərbi sənaye kompleksi HƏDƏFDƏ


Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar hər dəfə fərqli sahələri əhatə edir. Qeyd edək ki, ABŞ ilk dəfə Rusiyanın 20 dövlət məmuru, iş adamı və deputatına sanksiya tətbiq etmişdi. Sonradan bu siyahıya digər hökumət nümayəndləri də əlavə edildi.Daha sonra ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyaları gündəmə gətirdi və müxtəlif zamanlarda sanksiyaları daha da sərtləşdirdi.Bir çox iri şirkətlərin fəaliyyətinə məhdudiyyətlər tətbiq edən ABŞ, bunun Rusiyanı təzyiq altında saxlamağa çalışırdı.Sanksiyanın məntiqi nəticəsi Rusiya milli valyutası rubl ciddi şəkildə dəyər itirdi.

Ekspertlər hesab edir ki, rublun son illər məzənnəsini müəyyən qədər əvvəlki illərə nisbətən yaxşılaşdıra bilməsinə səbəb qızıl və valyuta ehtiyatlarını sürətlə xərcləməsi ilə nail oldu. Digər tərəfdən, Rusiya neft hasilatını da müəyyən qədər artırdı və bu ölkəyə valyuta cəlb etməyə imkan verdi. Ancaq son ollaraq ABŞ Rusiyaya daha sərt sanksiyalar tətbiq etdi. Belə ki, Rusiyanın baş naziri Medvedyev olmaqla, varidatı 1 milyard dollardan çox olan oliqarxların da daxil olduğu 210 nəfərə sanksiya tətbiq etdi. Analitiklərin sözlərinə görə, ABŞ bununla bir daha göstərdi ki, Rusiyaya qarşı sanksiyalar davamlı olacaq və hər dəfə fərqli sahələri əhatə edəcək.Maraqlıdır, ABŞ-ın sanksiyaları davamlı olarsa, bundan sonra hansı sahələrə sanksiya tətbiq etmək real görünür?

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə şərhində deyib ki, iki dünya gücü arasında yaşanan gərginliyin bir çox səbəbləri var:

“ABŞ-la Rusiya arasında davam edən geosiyasi maraqlar uğrunda konfontrasiya beynəlxalq konyukturada yeni gərginliklərə yol açır. İki ölkənin əlaqələrinin ciddi şəkildə pozulması Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü və Krımın anneksiyası oldu.Ukraynada “Maydan inqilabı”ndan sonra ABŞ-la Rusiya arasında soyuq savaşın əsası qoyuldu. Putinin Rusiyanı qlobal güc etməsi uğrunda apardığı siyasət, Şərqi Avropada artan təzyiqləri, Yaxın Şərqdə, Suriya böhranında aktiv rolu ABŞ-ın beynəlxaq maraqlarına cavab vermirdi və Rusiyanın bu kimi siyasətinin qarşısını almaq üçün iqtisadi sanksiyaları tətbiq etməsi gözlənilirdi. Ukraynada separatizmin alovlandırılması və Krımın anneksiyasına görə Rusiyaya qarşı iqtisadi sanksiyalar bu ölkədə ciddi iqtisadi problemlərə yol açdı.Buna baxmayaraq, Rusiya Suriyada da Bəşər Əsəd rejiminə dəstəyi və Suriyada hərbi iştirakı ABŞ-ın Yaxın Şərqdə fəaliyyətinə zərbə idi.Obama dövründə Yaxın Şərqdə yumşaq siyasətin davam etməsi, Rusiyanın əlini-qolunu açmış oldu.Təbii ki, baş verən proseslər ABŞ-da narahatlıqla izlənilirdi və yeni prezident seçkilərinin keçirilməsinə hazırlıq gedirdi.Vaşinqtonla Moskva arasında yeni böhran Kremlin ABŞ-da seçkilərə müdaxiləsi ilə yeni fazaya keçdi.Trampın seçilməsinə kiber müdaxilədə ittiham olunan rəsmi Kremllə siyasi əlaqələr daha da böhrana yuvarlandı. Ötən ilin avqustundan başlayaraq ABŞ Rusiyanın seçkilərə müdaxiləsinə görə yeni sanksiyalar hazırlanmasına qərar verdi”.


Yeni sanksiyaların gündəmə gələcəyini də istisna etməyən politoloq hesab edir ki, bu sanksiyalar Putinə ölkə daxilində qəzəb formalaşdıracaq. Əslində ABŞ-ın məqsədi məhz budur:

“Həmçinin ötən ilin dekabr ayında ABŞ-ın elan edilən "Milli Təhlükəsizlik Strategiyasında" Rusiya ABŞ-ın düşməni kimi xarakterizə olunması, yeni sanksiyaların anonsundan xəbər verirdi. Ötən ayın sonunda elan edilən ABŞ-ın "Kreml hesabatı" adlanan sanksiya siyahısı Rusiya rəsmilərində soyuq duş effekti yaratdı. Bu siyahıda Putindən başqa Rusiyanın baş naziri və digər güc nazirləri olmaqla, Kremlə yaxın iş adamlarının adı keçir. ABŞ bu sanksiyalarla qarşıdan gələn seçkilərdə Putinin siyasi mövqeyini zəiflətməyə və iş adamlarının dəstəyininkəsilməsinə hesablanıb. Həmçinin Rusiyada sosial problemlərlə xalq etirazının formalaşmasına gətirə biləcək sanksiyaları tətbiq edəcək.Buda Putinin sosial dayaqlarının zəifləməsinə və daxili imicinin aşağı düşməsinə səbəb olacaq.Hərbi sənaye, maliyyə-bank sektoru, elmi-texnologiya sahəsinə qarşı sanksiyalar Rusiyanın ciddi şəkildə zəifləməsinə gətirəcək.Artıq Qərb şirkətləri Rusiyanı tərk etməyə başlayıb.Yeni sanksiyalar Rusiyada siyasi-iqtisadi böhrana səbəb olacaq və ölkədə etirazların baş qaldırmasını şərtləndirəcək.Rusiyanın iqtisadi sferasına tətbiq ediləcək sanksiyalar çox ciddi problemlərin yaşanmasına gətirib çıxaracaq və Putinə qarşı daxili qəzəbi formalaşdıracaq”.

Vilayət Muxtar
Tarix: 4-02-2018, 16:54
Xəbəri paylaş





Xəbər lenti