ABŞ-Rusiya savaşını yadplanetlilər dayandırıb - ŞOK


Məşhur amerikalı ufoloq və tədqiqatçı Stiv Basset qəribə açıqlama ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, o bir müddət əvvəl Rusiya və ABŞ arasında şok gərginliyin yaşandığını bildirib:

“Rusiya və ABŞ biri-birilərini radioaktiv külə çevirməyə hazırlaşırdı. Ancaq yadplanetlilər işə qarışdı və Üçüncü Dünya müharibəsinin qarşısı alındı. Bu, yadplanetlilərin Yer üzərinə daim nəzarət etdiklərini təsdiqləyir.

60-cı illərdə də oxşar hadisə baş vermişdi. Döyüşə başlamaq istəyən gəmilərdəki bütün cihazlar gözlənilmədən sönmüş və gərginlik səngimişdi. Bir müddət öncə supergüclər biri-birlərinə qarşı nüvə hücumu hazırlayırdılar. Ancaq naməlum səbəblərdən atılacaq raketlər işə düşmədi və hücum təxirə salındı.

Fikrimcə, ABŞ-ın Şimali Koreyaya hücum etməməsinə səbəb də budur.

Düşünürəm ki, yadplanetlilər Yerdə müharibənin başlanmasına imkan verməyəcəklər. Ona görə mən rahat yatıram. Sizə də bunu məsləhət görürəm”.
Tarix: 4-02-2018, 17:10
Xəbəri paylaş





Xəbər lenti