Alman deputat Bundestaqda Türkiyəyə görə həmkarlarını...

Alman deputat Bundestaqda Türkiyəyə görə həmkarlarını... Türkiyə Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi antiterror əməliyyatları Almaniya parlamentində müzakirə olunub.

Axar.az xəbər verir ki, müzakirə iştirakçıları Almaniyanın Türkiyə ilə bütün əlaqələrini dondurması haqda fikirlər səsləndiriblər.

Almaniya üçün Alternativ Partiyasının millət vəkili Petr Bistron isə iştirakçılara sərt reaksiya göstərib. O, Türkiyəyə qarşı mövqe tutan Sol Partiya təmsilçilərinə bunları deyib:

“Türkiyə PKK terror təşkilatının Suriya qanadı YPG-yə qarşı əməliyyatlar keçirir. Sizi narahat edən terrorçu dostlarınızın vurulmasıdır. Qanunsuz yollarla pul yığıb, terror təşkilatlarına yardım edirsiniz”.
Tarix: 4-02-2018, 22:12
Xəbəri paylaş





Xəbər lenti