Rusiya ABŞ-ın arxa qapısında - Kreml Amerikanı indi də qitənin özündə təhdid edir

Rusiya ABŞ-ın arxa qapısında - Kreml Amerikanı indi də qitənin özündə təhdid edir
“Rusiya soyuq mühairibədən sonra bir vaxtlar tərk etdiyi Amerika qitəsində öz mövqelərini möhkəmlətməyə başlayır. Moskva buraya diplomatiya, sərmayə və hərbi texnika ilə geri qayıdır”.


Musavat.com xəbər verir ki, “The Wall Street Journal”ın xüsusi məqaləsində bu cümlələr yer alıb.

Məqalə müəllifi Brett Forrest Rusiyanın Amerika qitəsinin kiçik ölkəsi sayılan Qrenadada çoxillik planlar qurduğunu yazır. Xatırladaq ki, bir vaxtlar, daha doğrusu 1983-cü ildə Qreanadada solçu hakimiyyətin gəlməsi ilə əlaqədar burada ikinci “Kuba vaqiəsi” yaşamaq istəməyən Ronald Reyqan administrasiyası adaya hərbi müdaxilə həyata keçirmişdi.







Yazıda Rusiyanın burada həm də iqtisadi mənfəət güddüyü qeyd olunub. Belə ki, Rusiyanın “Sistema” şirkətlər qrupunun törəmə müəssisəsi sayılan “Global Petroleum Group” ada sahillərində təbii qaz axtarışı ilə məşğuldur.

Payız ayında Moskva Hollandiyanın keçmiş müstəmləkəsi Surinamla hərbi əməkdaşlıqla bağlı saziş imzalamağa hazırlaşır.
“The Wall Street Journal” bu ilin yanvarında ABŞ hərbi dəniz qüvvələrinin Karib dənizi hövzəsində Florida sahillərinə tərəf üzən Rusiya kəşfiyyat gəmisini aşkar etdiyni xatırladır. “Viktor Leonov “adlı bu gəmi keçən il Konnektikut və Corciya sahillərində də müşahidə edilib. Ekspertlərin rəyincə, bu, bölgədə ABŞ-ın liderliyinə meydan oxumaqdan başqa birşey deyil.







“Rusiya bizə açıq şəkildə strateji siqnal verir ki, əgər siz bizim arxa həyətimizə girsəniz, biz də sizin evinizə daxil olacağıq”,- ABŞ Hərbi kollecinin, Strateji araşdırmalar institutunun professoru Evan Ellis müəllifə bildirib.

Yazıda Rusiyanın son illərdə Amerika qitəsinə aktiv şəkildə giriş tarixinin 2008-ci ildən başladığı qeyd olunur. Həmin il Nikaraquada hakimiyyətə gələn Daniel Orteqa Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı işğalından sonara adları çəkilən separatçı qurumları müstəqil dövlət kimi tanımışdı. Bundan başqa, o, Rusiyadan hərbi helikopterlərin alınması barədə saziş bağlamışdı.

“2001 və 2103-cü illər ərzində Rusiya Latın Amerikasına 14,5 milyard dollarlıq silah satıb. Bu da bölgənin silah idxalatının 40%-ni təşkil edir”, - məqalədə Stokholm Beynəlxalq sülh araşdırmaları institutunun məlumatından sitat gətirilib.







Müəllif Forster Putinin Ukrayna savaşından sonra Argentina, Kuba, Braziliya, Nikaraquanı ziyarət etdiyini bildirərək, Rusiya gəmilərinin Boliviyada təbii qaz kəşfiyyatı apardığını qeyd edir. Bundan başqa, yazıda Ekvadorla hidroelektrik stansiyasının tikilməsi, Yamaykada boksit yataqlarının tədqiqi, Qayanada “Rusala” şirkətinin yardımı ilə avtomobil istehsalının təşkili, habelə Kubada neft əməliyyatlarının aparılması kimi planları həyata keçirdiyi xəbər edilir.







Hamıya məlum olduğu kimi, Venesuelanın əsas neft şirkəti “Petroleos de Venezuela” “SA Rosneft”lə sıx bağlıdr, hətta belə getsə, onun tərkibinə keçə bilər.

Məqalədə bütün bunların fonunda ABŞ-ın bölgədə iqtisadi mövqelərinin zəiflədiyi də qeyd olunur. Belə ki, 2016-cı ildə 17 Karib dənizi ölkəsinin ABŞ-a ixracatı 11,9 milyard dollardan 5,3 milyard dollara qədər azalıb.


Tarix: 6-02-2018, 01:16
Xəbəri paylaş





Xəbər lenti