AĞ EVİN "QARA" İŞİ: "SİLAHI TÜRKİYƏYƏ DEYİL, PYD-YƏ SATIB"

AĞ EVİN "QARA" İŞİ: "SİLAHI TÜRKİYƏYƏ DEYİL, PYD-YƏ SATIB"
"Türkiyə Suriyada istifadə olunan silahı Amerikadan istəmişdi”.

Bunu "Sherg.az”a Türkiyəyə məxsus tankın Amerika silahları tərəfindən vurulmasından danışarkən millət vəkili Tahir Kərimli deyib.

Deputatın sözlərinə görə, hadisədə qeyd olunan silahı Amerika Türkiyəyə deyil, məhz PYD-yə satıb:

"Necə ola bilər ki, ABŞ bu silahı NATO-dakı müttəfiqinə satmır, amma terrorçulara verir? Türkiyə rəhbərliyi dəfələrlə NATO-dakı müttəfiqlərinə qarşı səmimi olduğunu desə də, həmin ölkələr eyni fikirdə deyil. Türkiyəyə qarşı çevrilən o ölkələrin mətbuat orqanları terrorçuların yaydığı məlumatları tirajlayır. Bu suallar doğurur.

Afrin əməliyyatı nə qədər çətin olsa da, Türkiyə buna getdi. Öz sərhədindəki terrorçu qüvvələri zərərsizləşdirmək üçün buna məcbur idi. Çünki PYD qruplaşmalarının Türkiyəni parçalamaq niyyətləri hər kəsə aydın idi. Gələcəkdə terrorçuların Türkiyənin daxilindəki separatçılarla birləşib, Böyük Kürdüstan yaradacağı fikri ortaya atılmışdı.

Bütün bunlara baxmayaraq, Türkiyə öz əməliyyatını məqsədinə çatana qədər həyata keçirəcək. Buna heç kimin şübhəsi yoxdur !

Qeyd edək ki, Suriyanın Afrin bölgəsində Türkiyə ordusuna məxsus tankın vurulması nəticəsində 5 hərbçi həlak olub. Vurulan tankın ABŞ silahları ilə vurulduğu bildirilir.

Aysel Aslan
Tarix: 6-02-2018, 08:49
Xəbəri paylaş





Xəbər lenti