Rusiyaya artıq Çin də istehza edir: Su-25-lər...


Rusiyanın Su-25 təyyarələri müasir müharibələrdə iştirak üçün artıq çox köhnəliblər.

Axar.az xəbər verir ki, bu iddianı Çinin “Sina.com” saytı yayıb. Portal Su-25-in artıq istənilən səyyar zenit raket kompleksləri üçün hədəf olduğunu qeyd edib:

“Rusiya iqtisadi baxımdan Su-25-i daha inkişaf etmiş Su-39 səviyyəsində modernizasiya etmək gücündə deyil. Bu təyyarələr yerinə Çinin kəşfiyyat-zərbə pilotsuz uçuş aparatları olan “Reynbou CH-4”ü və ya Amerikanın “MQ-9 Reaper”ini istifadə etmək daha yaxşı olardı”.

Qeyd edək ki, Su-25-lər 1975-ci ildə istehsal edilib. Hazırda da Rusiya ordusunda olan bu təyyarələrin Su-34-lərlə əvəz edilməsinə başlanılıb.
Tarix: 6-02-2018, 15:31
Xəbəri paylaş





Xəbər lenti