Əsəd terrorçulara muxtariyyət verir - Afrin əməliyyatına qarşı ŞOK ADDIM
Bəşər Əsəd rejimi PYD/YPG terror təşkilatına Suriyada muxtariyyət, yaxud yerli idarəetmə verməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Suriya rejiminin kürd əsilli deputatı Ömer Ose deyib.
Ö.Ose PYD/YPG-ni rejimlə daha sıx dialoq aparmağa çağırıb.
Suriya deputatı Əsəd rejiminin PYD/YPG-yə silah verdiyini də etiraf edib.
“Daha əvvəl də onlara silah verdik. Suriya hökuməti Türkiyənin Afrində keçirdiyi əməliyyata qarşı PYD/YPG-yə dəstəyini artıracaq”, - deyə o bildirib.
Tarix: 9-02-2018, 15:50