Dağıstanda silahlı hücum nəticəsində ölənlərin sayı artıb -YENİLƏNİB
Bu gün naməlum şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub. APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Hadisə Kizlyar şəhərində baş verib. Silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.
***
Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə şəhər administrasiyası mətbuat xidmətinin rəhbəri bildirib.
“Xəstəxanada daha bir qadın keçinib. Beləliklə, ölənlərin sayı 5 nəfərə çatıb”, deyə o bildirib.
Tarix: 18-02-2018, 21:03