Lavrov ABŞ-a səsləndi: "Odla oynamayın"
Rusiya ABŞ-ı Suriyada odla oynamamağa çağırıb.
Trend-in məlumatına görə, belə bir çağırışı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün "Valday" klubunun təşkil etdiyi "Rusiya Yaxın Şərqdə: bütün meydanlarda oyun" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
Nazirin sözlərinə görə, Suriyanın ərazi bütövlüyü və suverenliyindən söhbət gedərkən "Suriyanın bölünməsi"nə reaksiyasız qalmaq olmaz.
Tarix: 19-02-2018, 20:44