Rusiyanın Argentinadakı səfirliyində 400 kq-a qәdәr kokain aşkar olundu-FOTO


Argentinanın paytaxtı Buenos-Ayres beynəlxalq hava limanında keçirilәn xüsusi əməliyyat zamanı Rusiya әsilli argentinalı polis əməkdaşı İvan Bliznyük hәbs edilib.

İ.Bliznyük Rusiyanın Argentinadakı səfirliyinin kömәkliyi ilə kokainin Moskvaya göndərilməsi üçün әlaqә yaradılmasında vasitәçi olmaqda şübhəli bilinir.

Məlumata görə, hər iki ölkəni əhatə edәn vә birlikdә keçirilәn əməliyyat bir ildən çox davam edib.
Rusiyanın Argentinadakı səfirliyində 400 kq-a qәdәr kokain aşkar olundu-FOTO
“Todo Noticias” bildirib ki, 2016-cı ilin dekabrında Rusiyanın Argentina səfirliyində 360 paçkada qablaşdırılmış 389 kq kokain aşkarlanıb. Məlumata görə, Rusiyanın Argentinadakı səfiri polisə zəng edərək səfirliyin kollecində narkotik vasitələrin aşkarlandığını xәbәr verib. Məlum olub ki, 50 milyon dollar dәyәrindәki narkotiklә dolu olan 12 çamadanı binaya iyul ayında səfirliyin sabiq əməkdaşı gətirib.

Telefon danışıqlarının dinlənilməsi zamanı narkotikin Rusiya və Avropaya göndəriləcəynin planlaşdırıldığı mәlum olub.

İstintaq nəticəsindә Rusiyada üç, Argentinada isə iki nəfər hәbs edilib.

Siam.az
Tarix: 23-02-2018, 08:44
Xəbəri paylaş





Xəbər lenti