Putinin hədəfi: Ukrayna buna görə cəzalandı - Əhməd Zakayev

Putinin hədəfi: Ukrayna buna görə cəzalandı - Əhməd Zakayev
Rusiya Prezidenti Vladimir Putin yox olan imperiyanı bərpa etmək üçün Ukraynada müharibə başlatdı.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində İçkeriya Çeçen Respublikasının mühacir hökumətinin rəhbəri Əhməd Zakayev söyləyib. Onun sözlərinə görə, Çeçenistanın ələ keçirilməsindən Moskva özünə Ukraynanı da qatmaqla Rusiya imperiyasını bərpa etmək istəyirdi:

“Buna nail ola bilmədilər və nəticədə Putin Krım və Donbası Ukraynadan ayırmağa qərar verdi. Əgər Ukrayna və Çeçenistan hadisələrini müqayisə etsək, o zaman paralellər tapa bilərik. Yeltsinə yalnız qalib gələcəyi kiçik müharibə gərək idi. Bunun sayəsində Yeltsin reytinqini yüksəldəcəkdi. 2014-cü ildə də Putin bu yolu seçdi. O, həm də Ukraynanı ona SSRİ-ni yeni formada bərpa etməyə imkan vermədiyinə görə cəzalandırdı”.
Tarix: 24-02-2018, 13:47
Xəbəri paylaş





Xəbər lenti