Suriyada atəşkəsə dair qətnamə qəbul edildi


BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnaməni yekdilliklə qəbul edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin tibbi təxliyəsini həyata keçirmək üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir.

Sənədə əsasən, atəşkəs rejimi İŞİD, “Cəbhə ən Nüsrə” və “Əl Qaidə” kimi terror təşkilatlarına və onlarla əlaqəli qruplaşmalara şamil edilmir.
Tarix: 25-02-2018, 08:54
Xəbəri paylaş





Xəbər lenti