Kremlin qorxunc hədəfi: İmkanı olsa, Rusiya bölgəni dərhal işğal edər

Kremlin qorxunc hədəfi: İmkanı olsa, Rusiya bölgəni dərhal işğal edər
Rusiya prezidenti Putin aviasiya alayını “Tallin” adlandırmaqla, niyyətini hər kəsə bəyan edir - “Focus”
Xəbər verildiyi kimi, Rusiya prezidenti Vlaidimir Putin Rusiyanın aviasiya alaylarından birinin adının “Tallin” olaraq, dəyişdirilməsi barədə əmr imzalayıb. Hər kəsə məlumdur ki, Tallin Estoniyanın paytaxtıdır, buna görə də Putinin bu qərarı Baltikyanı dövlətdə əsl təlaş oyadıb. Tallində Kremlin sahibinin bu addımını qəsdən törədilmiş təxribat olaraq dəyərləndirirlər.


Almaniyanın “Focus” qəzetinin verdiyi məlumata görə, Vladimir Putin 2018-ci il yanvarın 29-da Rusiyanın 23-cü aviasiya-qırıcı alayının “hərbi qulluqlçuların vətənə sədaqət, hərbi xidmətə inam, habelə tarixi hərbi ənənələrin saxlanması ruhuna uyğun olaraq” “Tallin” adlandırılacağını duyurub.

“Lakin bütün bunların arxasında Rusiyanın Baltikyanı dövlətlərə təzyiqi artırmaq, habelə Avropa Birliyi və NATO arasında ziddiyyətləri gücləndirməyə yönəlik strategiya durur”, - müəllif Toni Skoriç yazır.


Müəllif Rusiya və Estoniya arasında münasibətlərin 2004-cü ildən bu yana, yəni ölkənin NATO-ya üzv qəbul olunmasından sonra tamamilə pozulduğunu qeyd edib.

Bundan başqa, xüsusilə Krımın heç bir beynəlxalq hüquqi normaya məhəl qoyulmadan işğal edilməsi Estoniyada Rusiyanın iştahının təkcə Ukrayna ilə doyuzdurulmayacağı təsəvvürü oyadıb.

“Putinin startegiyası rusların mühüm sayda etnik azlıq təşkil etdiyi və ya rus dilinin populyar olduğu bölgələrə də tezliklə toxunacaq. Belə ki, Estoniyanın 1,3 milyonluq əhalisinin 25%-i məhz ruslardır”.



Riqada fəaliyyət göstərən “Siyasət araşdırmaları mərkəzi”nin direktoru Andis Kudors Moskvanın Baltikyanı ölkələrin əhalisi içində müxtəlif etnik qrupları bir-biri ilə toqquşdurmaq siyasətini izlədiyini bildirir. “Latviyada ruslarla latışlar, liberallarla mühafizəkar və liberallar arasında süni olaraq parçalanmalar yaradılır. Litvada bu məqsədlə “Polşa” kartı işə salınıb. Eyni proses Estoniyada da həyata keçirilir”, - Kudors bildirir.

Yazıda Estoniya və Latviyadakı rusdilli azlığın Rusiyanın olduqca böyük xərc tələb edən və intensiv aparılan təbliğatı üçün hədəf qrupu olduğu göstərilib.


“Hər halda aviasiya alayının adının dəyişdirilməsi hazırda Qərbin nüfuz dairəsində sayılan Baltikyanı ölkələr üçün açıq təhdid jestidir”, - Skoriç vurğulayır.

Bütün bunlara rəğmən Andis Kudors bölgənin hələlik hərbi planda kifayət qədər sabit olduğunu söyləyib: “Vladimir Putin ilk öncə Estoniya, Latviya və Litvaya edilə biləcək hücumla bağlı təhdid altına düşən status-kvonu saxlamaq istəyir. Eyni zamanda Rusiya hər üç ölkəyə qarşı NATO-nun bu vaxta qədər qarşısını ala bilmədiyi informasiya müharibəsini yürüdür”.



Fevral ayının əvvələrində Estoniyanın xarici kəşfiyyat xidməti “Beynəlxalq təhlükəsizlik və Estoniya 2018-ci ildə” adlı xüsusi məruzə hazırlayıb. Məruzənin böyük bir qismi Rusiyaya həsr olunub. Burada həm Estoniya, həm də digər Baltikyanı ölkələrin suverenliklərinə yeganə təhdidin Rusiyadan gəldiyi vurğulanıb.

Lakin sənəddə bununla bərabər Rusiyanın 2018-ci ildə NATO üzvü olan bir ölkəyə birbaşa hərbi müdaxilə etməsinin az ehtimal olunduğu yazılıb.

Xatırladaq ki, 2013-cü ildə də Rusiyanın Krımı işğal etməsi Qərbdə az qala dəlilik kimi qəbul olunurdu.

Musavat.com
Tarix: 25-02-2018, 14:19
Xəbəri paylaş





Xəbər lenti