ABŞ-ın blokadasına müharibə ilə cavab verəcəyik – Xəbərdarlıq


Pxenyan ABŞ-ın Şimali Koreyaya qarşı tətbiq etdiyi istənilən blokadanı müharibə aktı kimi qəbul edəcək.

Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyindən bildirilib. Şimali Koreyanın blokadaya müharibə ilə cavab verəcəyi vurğulanıb.

“ABŞ-ın səhv düşünülmüş hərəkətləri bir daha Koreya yarımadasını müharibə astanasına gətirərsə, bundan sonra baş verən hər hansı bir fəlakət bu ölkənin vicdanına buraxılacaq”, - məlumatda deyilib.

Qeyd edək ki, ABŞ Şimali Koreyaya qarşı ən sərt sanksiya rejiminin tətbiq edildiyini açıqlayıb.
Tarix: 25-02-2018, 16:21
Xəbəri paylaş





Xəbər lenti