Yıldırımdan Yunanıstana xəbərdarlıq – “O gücə sahibik…”

Yıldırımdan Yunanıstana xəbərdarlıq – “O gücə sahibik…”
Türkiyənin Baş naziri Binəli Yıldırım Egey və Aralıq dənizində son dövrlərdə baş verən türk-yunan gərginliyi barədə danışıb. Axar.az xəbər verir ki, Yıldırım çıxışı zamanı Yunanıstana sərt xəbərdarlıq edib.

“Bəziləri Egeydə, Aralıq dənizində bir sıra təxribatların ardınca düşüb. Şərtlər nə olur olsun Türkiyə Dəniz Qüvvələri istənilən vəziyyətdə ölkəsinə istiqamətlənən təhdidə cavab verəcək gücə sahibdir. Heç kim yanlış hesablara düşməsin”, – Yıldırım bildirib.

Bu arada Yunanıstan Baş naziri Aleksis Çipras Türkiyədən Avropa Birliyinə şikayət edib. O, Türkiyəni Egey və Şərqi Aralıq dənizində yunanların suverenlik haqlarını pozmaqda ittiham edib.

Çipras Türkiyənin Avropa Birliyi üzvü olan ölkələrin suverenlik haqlarına və beynəlxalq hüquqa əməl etməsinin vacib olduğunu deyib.
Tarix: 25-02-2018, 22:10
Xəbəri paylaş





Xəbər lenti