Çexiyadan Türkiyəyə terrorçu şoku-Saleh Müslüm sərbəst buraxıldı


Praqada həbs edilən PYD-nin sabiq həmsədri Saleh Müslüm azadlığa buraxılıb.

Siam.az xəbər verir ki, Praqada konfransa qatılan və Türkiyənin qırmızı bülletenlə axtarışa verdiyi Saleh Müslüm bu gün məhkəməyə çıxarılıb.

“Röyter” Agentliyi bildirir ki, məhkəmə prosesindən sonra PYD-nin sabiq rəhbəri azadlığa buraxılıb.

Polis məhkəmə qarşısında təhlükəsizlik tədbirləri həyata keçirsə də, az sayda terror təşkilatının tərəfdarları aksiya keçirib. Media məhkəmə prosesinə buraxılmayıb.

Türkiyə Müslümün müvəqqəti həbs edilməsini və Ankaraya ekstradisiya edilməsini rələb etmişdi.

Türkiyənin Çexiyadakı səfiri Əhməd Necati deyib ki, məhkəmənin bu qərarı iki ölkə əlaqələrinə mənfi təsir edəcək.
Tarix: 27-02-2018, 16:01
Xəbəri paylaş





Xəbər lenti