Avropa şirkətləri ABŞ-dan imtina etdi: Ruslardan alırıq


Avropa şirkətləri Rusiyanın təbii qazından imtina etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Avropanın OMV, "Vintəşol" və "Uniper" şirkətlərinin rəhbərlərinin məktubunda bildirilib.

Bildirilir ki, "Şimal axını 2" kəməri Avropanın enerji təhlükəsizliyinə heç bir təhlükə törətmir. "ABŞ-dan daha bahalı mayeləşdirilmiş qaz almaqdansa, Rusiyanın qazını almaq münasibdir. Ruslardan başqa hazır istehlakçılar yoxdur", - müraciətdə qeyd edilib.

Qeyd edək ki, “Şimal axını 2” layihəsi Moskvanın əsas proyektlərindən biri hesab edilir. Hazırda ABŞ və Polşa başda olmaqla, bir sıra Avropa dövlətləri bu layihəyə qarşı çıxır.
Tarix: 28-02-2018, 09:04
Xəbəri paylaş





Xəbər lenti