Türk ekspertdən sensasion analiz:“Rusiya və ABŞ dünyanı yenidən bölmək üçün gizli anlaşıb” – Təhlil


Ardan Zentürk

Star gazette (Türkiyə), 28.02.2018

***

“Qayıqçıların didişməsi” ifadəsi bağlanğıcını qədim dövrlərdən götürür – İstanbulda Əminönü və Karaköy limanları arasında işləyən yükdaşıyanlar özlərinə ziyan vurmadan, amma hamının diqqətini çəkərək sanki bir-birilərilə “didişməyə başlayardılar”. Necə ki, cibgir oğrular adam yığını içində yalandan qalmaqal törədir və bu zaman baş verənlərə ağzı əyilənlərin ciblərini boşaldaraq bu üsuldan faydalanırlar.


Başqa sözlə, hər şey elə görünür ki, guya dava-dalaş var, amma nəticə yoxdur. Dünya sistemində baş verən olaylar göstərir ki, ABŞ və Rusiyanın “münaqişəsi” (!) tədricən qayıqçıların qalmaqalına dönür. Bunu seyr edən dövlətlər isə cibləri boşaldılan maymaqlar kimi bəlli, yəni hazırkə mövqeyi tutur…

ABŞ-ın planı Rusiyanın maraqlarıyla üst-üstə düşür…

Deməli, bu yalan qalmaqalı Obama başlayıb. Bəli, biz neftlə zəngin İraqa soxulmamaq şərtilə Rusiyanı Suriyaya dəvət edən Amerikanın o vaxtkı administrasiyası “Qərbi götür, İraq sərhədlərinə qədər Şərq rayonlarını isə mənə burax” prinsipiylə aparılan “superrəqabət”dən danışırıq.

Fərat xətti üzrə şərq və qərbə bölünmə siyasəti ABŞ üçün başlıca olaraq PKK və PYD ilə üstünlük təşkil etmək istədiyi İraqı sığortalamaqdan savayı heç bir məna ifadə etmirdi. Belə də alınıb. Oxşar ssenari Ukraynada da gerçəkləşdirilib, bu ölkənin də şərq-qərb xətti üzrə bölünməsi başa çatıb. Heç şübhəsiz, bu durum Sovetlər Birliyi dağılandan sonra keçmiş nüfuzunu itirən Rusiyaya xoş gəlib.

Dqqət yetirin, Lavrov Serbiyaya son səfərinin gedişində Kosovo üzərindən “Balkan cəbhəsi”ni də açıb. Belə lazımdır, çünki Amerika hesab edir ki, NATO üzrə avropalı müttəfiqləri “Rusiya təhlükəsi” qarşısında hələ də lazımi vəziyyətə gəlməyib.

Proses Ukraynadan sonra Balkanlara keçməlidir ki, Rusiya da Serbiya üzərindən özü üçün əlavə manevr məkanı təmin etsin və Amerika “Siz öz müdafiə xərclərinizi artırmadınız və mən sizi Rusiya ilə təkbətək buraxıram” demək şansı əldə etsin…

Hərbi-diplomatik balanslarda “qayıqçıların qalmaqalı” da elə bundan ibarətdir… Rusiya bunun sayəsində öz ərazisindən kənarlarda, keçmiş sovet respublikalarının çoğrafiyasında, hətta Balkanlarda nüfuzunu möhkəmlədir, qalanları isə qeydsiz-şərtsiz Amerikanın nəzarəti altına keçir…



Çoxqütblü dünya haqda yalan-palanlar…



Baç verənləri “çoxqütblü dünyanın sancıları” adlandırmaq da yanlışdır, görünür, Vaşinqton-Moskva oxunda yeni “ikiqütblü dünya”nın özülü qoyulur. Rusiya bu yolla öz təhlükəsizliyini möhkəmlədir, Amerika isə hədəflədiyi strateji bölgələrdə tam fəaliyyət sərbəstliyinə malik olacaq.

Budur, Suriya rejimi-İran-Rusiya ittifaqı Şərqi Qutada artıq dinc əhalini qətlə yetirir, ABŞ isə onlara qarşı, heç olmasa, bir kəlmə dillənib? Xeyr. ABŞ Raqqanın 80%-ni dağıdıb, şəhər sakinləri xarabalıqların altında gömülüb, bölgədə xəbəri olmadan bir milçəyin də uçmadığı Rusiya isə heç soruşub ki, “Siz orada nələr törədibsiniz, dostlar?”. Xeyr.

Biz bunu “saxta döyüş” adlandırırıq.



Türkiyə onları niyə əsəbiləşdirir?




İndi başa düşürsünüz Əsəd və Rusiya HHQ-nin dinc sakinlərin qətlə yetirməsinə səsi çıxmayan Avropa və ABŞ-ın Afrindəki dinc əhaliyə qarşı yüksək həssaslığı haradandır?! Əvvəlcə Mosul və Raqqanın xarabalıqlarında öldürdüyünüz minlərlə günahsız insanlara görə cavab verin, Hələbdə dinc vətəndaşların ömrünü almış günahkarları məsuliyyətə çağırın!

Amma cavab verməyəcək və başqalarından sormayacaqlar, çünki “qayıqçıların dalaşı” prinsipi – bir-birinə ziyan vurmamaqdır.

Biz görürük ki, Türkiyə öz birtərəfli “milli qərarlarıyla” oyunu pozduqca bütün cəbhələrdə əsəbi gərginlik yüksəlir. Amma olsun, biz anladıq ki, indi belə yaşayacağıq.



Biz heç kimin satellitinə çevrilməyəcəyik



Biz geri bir addım atdığımız anda, hamı eyni anda üzərimizə atılacaq. Afrin haqda Əsədin manevrləri Moskvaya məlum deyil? Heç vaxt inanmaram… Amerika rəsmiləri Suriya rejiminin Türkiyəyə hədəflənən hücumlarının qarşısında niyə susurlar? Rusiya və Amerika xüsusi xidmətləri təmsilçiləri Vaşinqtonda nədən danışıblar?..

Niyə birdən “Əsədlə təmasa girin” çağırışları meydana çıxıb?

Diqqət yetirin, bütün cəbhələrdən Türkiyəni geri çəkilməyə vadar etmək səyləri göstərilir, çünki biz yalın-yalxı paz kimi “qayıqçıların kürəsəl davası”nın tən ortasına girmişik və bu, onlara mane olur…

Bizdən istəyirlər ki, Rusiya nəsə edərkən gah Amerikaya, gah da ABŞ tərəfdən təhlükə artarkən Rusiyaya yaxınlaşaq, amma biz nə bunu, nə də o birini edəcəyik, biz öz yolumuzda olacağıq. Çünki görmüşük: onlar kağız pələnglərdir və gücləri yalnız günahsız, HHM sistemləri olmayan dinc sakinləri öldürməyə yetir.

Raqqadakı hadisə II dünya savaşı zamanı Drezdenin məşhur bombardmanını yada salır. Amerika ordusu boynuna alıb ki, müntəzəm atəşlər nəticəsində iki haubitsa qızmaqdan partlayıb. Məgər bu, qəhrəmanlıqdır – aşağıda adamların hətta tapançası da olmayanda Rusiyanın ən yeni Su-57 təyyarələrilə Şərqi Qutanı bombalamaq?!..

Əsil ordu nədir, biz bunu Afrində görürük.

Qoy heç kim birgünlük taktiki qərarlarıyla bizə xox gəlməsin, bizim reaksiyamızı yoxlamasın, bu, hamı üçün pis qurtarar…

Tərcümə Strateq.az-ındır.
Tarix: 1-03-2018, 21:38
Xəbəri paylaş





Xəbər lenti