Türkiyədən acı xəbər gəldi: 8 şəhid, 13 yaralı


Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində yenə şəhid verib. Sputnik Azərbaycan "Sözçü"yə istinadla xəbər verir ki, martın 1-də Türkiyənin 8 əsgəri şəhid olub, 13 əsgəri yaralanıb.

Öncə Silahlı Qüvvələrin 5 əsgərinin şəhid olduğu, 7 əsgərinin yaralandığı xəbəri gəlib. Az sonra PKK terror təşkilatı ilə döyüşdə daha 3 əsgərin öldüyü, 6 əsgərin isə yaralandığı bildirilib.

Bununla da Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb.

Məlumatda ötən gün ərzində aparılmış əməliyyatlarda 23 terrorçunun zərərsizləşdirildiyi qeyd olunur.


Tarix: 2-03-2018, 09:34
Xəbəri paylaş





Xəbər lenti