ABŞ Rusiyanı raketlərlə mühasirəyə alır

ABŞ Rusiyanı raketlərlə mühasirəyə alır
Birləşmiş Ştatlar Rusiyanın sərhədləri yaxınlığında 400 raket əleyhinə müdafiə sistemini (RMS) yerləşdirməyi planlaşdırır.

Sfera.az xəbər verir ki, bu haqda "Rossiya 24” telekanalına müsahibə verən müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.

Onun sözlərinə görə, indi geniş cəbhə boyu Rusiyanın mühasirəyə alınması işi gedir.

"ABŞ-ın Kaliforniya, Alyaska ştatlarında, həmçinin Rumıniya və Baltika dövlətlərində bu sistem qurulub. Hazırda Polşada da bu işlər yekunlaşır”,- deyə A.Fomin bildirib.

Onun sözlərinə görə, Yaponiya və Cənubi Koreyada da bu sistemlər yerləşdirilməklə ölkənin şərqi nəzarətə götürüləcək.

"Ümumi olaraq sərhədlərimizdə 400 raket əleyhinə müdafiə sistemi yerləşdiriləcək ki, bu da Rusiyanın nüvə silahlanmasının qarşısını alma potensialını əhəmiyyətli dərəcədə azaldır", - deyə hərbi bölmənin nümayəndəsi bildirib.
Tarix: 3-03-2018, 21:57
Xəbəri paylaş





Xəbər lenti