Ukrayna sovet hərbi bazasını ABŞ-a verib

Ukrayna sovet hərbi bazasını ABŞ-a verib
Ukraynanın qərbində yerləşən keçmiş sovet poliqonu – Yavorov amerikalı mütəxəssislərin Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə hazırlıq keçmələri üçün 2015-ci ildə yenidən təşkil olunub və hazırda ölkənin ən gizli yerlərindən biridir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrənin “Le Temps” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, poliqona digər ölkələrin, o cümlədən Kanada, Böyük Britaniya və Litvanın hərbçiləri də tez-tez baş çəkirlər.

Qəzet idda edir ki, təlimin əsas məqsədi Ukrayna ordusunun şəxsi heyətinin NATO standartlarına uyğunlaşmasını sürətləndirməkdir.

Keçmiş sovet bazası üç il ərzində təxminən 200 amerikalı 250 kanadalı əsgərin daimi yerləşmə məntəqəsinə çevrilib, burada onlar kazarmalar, yeməkxana və idman zalları inşa olunub.

“Üç il ərzində altı min nəfərə yaxın ukraynalı hərbçi poliqonda təlim keçib”, - deyə qəzet yazır.
Tarix: 4-03-2018, 14:24
Xəbəri paylaş





Xəbər lenti