CHP-də ara qarışdı : Partiyanın 48 deputatı bəyanat yayaraq Klıcdaroğluna qarşı çıxdı, CHP sədri təhdid etdi

CHP-də ara qarışdı : Partiyanın 48 deputatı bəyanat yayaraq Klıcdaroğluna qarşı çıxdı, CHP sədri təhdid etdi
Türkiyənin ana müxalifət partiyası CHP-nin 9-10 martda keçiriləcək nizamnamə qurultayından əvvəl partiyanın 48 millət vəkili “Demokratik nizamnamə, demokratik CHP” başlığı ilə ortaq bəyanat yayıb.

Avropa.info xəbər verir ki, qurultaydan əvvəl millət vəkilləri ilə iclas keçirən CHP sədri Kamal Kılıçdaroğlu tənqidlərə dözməyərək partiya üzvlərini təhdid edib.

İclasda 60-a yaxın millət vəkili çıxış edərək hazırlanan qanun layihəsinə etiraz ediblər.

“Hamınızı tək-tək izləyirəm. 1 noyabr seçkilərindən əvvəl bütün namizədlərin seçkidə iştirakı üçün partiyaya 60 min lirəlik ianə verməsi lazımdır. Bu gün səsi çıxanların çoxu bu pulu verməyib. Hamısı bu dəftərdə qeyd olunub. Bu dəftərdə hamınızın bu günə qədər etdikləri yazılıb. Kimə hansı vəzifə verilib, kim vəzifəsini yerinə yetirib, hamısı yazılıb. Burada danışan bəzi yoldaşlar var, onlar sözlərini yerinə yetirmədilər. 1 noyabrda partiyanın seçki fəaliyyətinə pul qoymaqları lazım ikən 60 min lirəni hələ qoymayıblar. Bunlar 3-5 nəfər də deyil. Kimsə bilmir bunu. Rəyasət Heyətindəki yoldaşlar da bilmir. Bunların hamısı dəftərdə yazılıb”.

Partiyada Kılıçdaroğluna müxalif olan üzvlər demokratik bir CHP üçün mübarizə apardıqlarını bəyan ediblər.

“Demokratik CHP-nin var olmasının ilkin şərti də sözün və qərarın olduğu bir nizamnamədir. Biz bu bəyanatda imzası olan millət vəkilləri ilə partiya məclisi üzvləri olaraq bu çərçivədə təşkilatımızın səsi olmaya, demokratik nizamnamə, demokratik CHP mübarizəsi aparmağa davam edəcəyik” – bəyanatda belə deyilir.
Tarix: 7-03-2018, 00:15
Xəbəri paylaş





Xəbər lenti