Salmandan Türkiyə ilə bağlı ittiham: Şeytan üçbucağı...

Salmandan Türkiyə ilə bağlı ittiham: Şeytan üçbucağı...
İlk xarici səfərini Misirə edən Səudiyyə Ərəbistanının vəliəhdi Salman bin Məhəmməd qalmaqallı bəyanat verib.

Publika.az xəbər verir ki, şahzadə Türkiyə, Qətər və İranı “şeytan üçbucağı” adlandırıb.

O, sözügedən ölkələrin ərəblərin təhlükəsizliyinə təhdid ola biləcək siyasət yürütdüyünü deyib. Şahzadə İranı isə bölgədə məzhəbçilik siyasəti aparmaqda ittiham edib.

“Ərdoğanın idarə etdiyi osmanlılar Müsəlman Qardaşlarından da istifadə edərək xəlifəliyi yenidən gətirmək istəyir. İran isə ideoloji inqilabını yaymaq istəyir”, - o bildirib.
Tarix: 7-03-2018, 00:26
Xəbəri paylaş





Xəbər lenti