Kiyevdəki Rusiya səfirliyi bu tarixdə mühasirəyə alınacaq – TƏHDİD

Kiyevdəki Rusiya səfirliyi bu tarixdə mühasirəyə alınacaq – TƏHDİD
“Azadlıq” Partiyası, “Sağ Sektor” və “Milli Korpus” təşkilatlarından olan Ukrayna millətçiləri martın 18-də Rusiyanın Kiyevdəki səfirliyini mühasirəyə alacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Azadlıq” Partiyasının yaydığı məlumatda deyilir.

Açıqlamaya görə, onlar bununla da prezident seçkiləri çərçivəsində səfirlikdə keçiriləcək səsverməyə imkan verməyəcəklər. Millətçilər seçkilərin Krımın zəbt edilməsinin dördüncü ildönümündə keçirilməsini yolverilməz adlandırıblar.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək. Bu, Krımın Rusiyaya birləşdirilməsinin 4-cü ildönümünə təsadüf edir. Rusiyanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək Kiyev, Odessa, Xarkov və Lvovda seçki məntəqələrini açmaq niyyətində olduğunu bildirib. Səfirlik öz növbəsində, Kiyevdən təhlükəsizliyin təmin edilməsini xahiş edib.

Bundan başqa, ATƏT Ukraynada səsvermə vaxtı rusiyalıların təhlükəsizliyini təmin edilməsində kömək köstərməyə söz verib.

Ömər Dağlı
Tarix: 8-03-2018, 22:39
Xəbəri paylaş





Xəbər lenti