Putin yeni silahlarını sadaladı: Ağ Evə təcili görüş TƏLƏBİ

Putin yeni silahlarını sadaladı: Ağ Evə təcili görüş TƏLƏBİ
Rusiya prezidenti Vladimir Putinin yeni silahlarla bağlı çıxışından sonra ABŞ-dan ilginc reaksiyalar gəlir. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, bir qrup demokrat senator dövlət katibi Reks Tillersona müraciət edərək Rusiya ilə dialoq təklif ediblər.

Putinin yeni silahların yaradılması barədə çıxışından sonra müraciət göndərən senatorlar hesab edirlər ki, Moskva ilə strateji sabitliklə bağlı müzakirələr başlamalıdır.Məktubda bildirilir ki, Putin Rusiyanın hazırladığı yeni növ nüvə silahları ilə bağlı xəbərdarlıq edib. Bura eyni zamanda nüvə sualtı pilotsuzu və qanadlı raketi daxildir.

"Hazırda bu silahlar müqavilə ilə məhdudlaşmır və hazırlanacaqları təqdirdə vəziyyətə təsir göstərəcək",- deyə senatorlar məktubda bildirir.

Məktubu senatorlar Edvard Merki, Ceff Merkli, Dayan Faynstin və müstəqil senator Berni Sanders imzalayıb.
Tarix: 9-03-2018, 14:20
Xəbəri paylaş





Xəbər lenti